Fatih Terim: "İçimdən futboldan danışmaq gəlmir"

Fatih Terim: "İçimdən futboldan danışmaq gəlmir"

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Kasımpaşa"nı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə fikirlərini bildirərkən çox məyus olduğunu və futbol haqqında danışmaq istəmədiyini deyib. Siasport.az saytının məlumatına görə, o, Qaziantəpdəki hadisələrə görə əsəbi və gərgin olduğunu qeyd edib: "Suallarınıza cavab vermək üçün yayıma gəldim, amma indi Qaziantəpdəki hadisələri öyrəndim və içimdən futboldan danışmaq gəlmir. "Yaxşı oynadıq, 3 xal qazandıq" deməyə untanıram. Orada baş verənlərə çox təəssüflənirəm. Bu qədər ana-ata övləadlarını itirirlər. Əsəblərim çox pozulub, xahiş edirəm bu gün məndən heç nə gözləməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə