“Xəzər Lənkəran” Kislovodskə gedir

“Xəzər Lənkəran” Kislovodskə gedir

"Xəzər Lənkəran" ölkədən xaricdə təlim-məşq toplanışı keçəcək. Siasport.az saytının məlumatına görə, Premyer Liqada milli komandanın oyunları səbəbindən fasilə yarandığını nəzərə alan cənub təmsilçisi bu vaxtdan xeyirli istifadə edəcək.

Lənkəranlılar Rusiyanın Kislovodsk şəhərində toplanış təşkil edəcəklər. Məşqlər 10 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə