Paralimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Paralimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Xəbər verdiyimiz kimi, avqustun 29-dan sentyabrın 9-dək Böyük Britaniyanın paytaxtı Londonda XIV Yay Paralimpiya Oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, London Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımız avqustun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn paralimpiyaçılarımız ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üstünə gül qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə