Kaxaber Sxadadze üçün yubiley matçı

Kaxaber Sxadadze üçün yubiley matçı

Azərbaycan Premyer Liqasının IV turu "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Siasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis komandasını ölkə çempionatında 100-cü - yubiley matçına çıxaracaq.


2009-cu ilin yayından paytaxt təmsilçisini çalışdıran Sxadadze arxada qalan 3 mövsümün hərəsində 32 oyunda "İnter"ə rəhbərlik etmişdi. Cari mövsümün ilk 3 oyunundan sonra matç sayını 99-a çatdıran mütəxəssis "Turan"la səfər oyununda 100-cü qarşılaşmasını qeyd edəcək.


2009/10

32

17

10

5

47-27

61

2010/11

32

13

10

9

29-24

49

2011/12

32

16

8

8

29-18

56

2012/13

3

0

2

1

1-2

2

99

46

30

23

106-71

168


Qeyd: texniki məğlubiyyət top fərqinə daxil edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə