19 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov qaşılaşma bardə danışıb. Siasport.az saytının məlumatına görə, mütəxəssis heyətlə bağlı problemlərin olduğunu qeyd edib: "Ümumilikdə, pis oynamadıq. Təəssüf ki, yaratdığımız təhlükəli epizodlarda qol vura bilmədik. Moldova yığmasının qol imkanları az olsa da, iki standart vəziyyətdə fərqlənməyi bacardılar. Heyətlə bağlı müəyyən problemlərimiz var idi. Növbəti oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB