Təbriz Həsənov: "Rəqib əsasən bizə hava mübarizələrində çətinlik yaradırdı"
Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Latviya yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi oyunun gərgin keçdiyini bildirib: "Gərgin oyun oldu. Qol imkanlarımız çox olsa da, onların ikisindən yararlana bildik. Rəqib əsasən bizə hava mübarizələrində çətinlik yaradırdı. Bununla belə, turnirin ilk oyununda qələbə qazana bildik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB