U-19 Moldova yığmasına məğlub oldu

U-19 Moldova yığmasına məğlub oldu

Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Moldova U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, Moldova Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində keçirilmiş oyunda yığmamız 0:2 hesabı ilə məğlub olub.

Avqustun 23-də, Bakı vaxtı ilə saat 19:00-da bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

Moldova U-19 – Azərbaycan U-19 2:0

21 avqust. Vadul-Lui-Voda. Moldova Futbol Federasiyasının Təlim-Məşq Mərkəzi

Baş hakim: Serqey Derenov

Baş hakimin köməkçiləri: Filip Aleksançin, Denis Oala

Dördüncü hakim: DmitriMartinyuk

Sarı vərəqələr: V.Mudrak, 39 // F.Bayramov, 21

Qollar: A.Muzikiuc,36, İ.Ursu,67

Moldova: 12. Stanislav Samson, 17. Artur Apostolov, 16. Aleksandr Kuçerenko, 4. Viktor Mudrak, 13. Aleksandr Bolsakov, 14. Anatoli Mihaylyuk, 15. İon Burlaku, 7. Andrey Kiofu (8. Pavel Pulukkiu, 45 // 3. Aleksandru Borta, 82), 10. Dan Spataru (6. Vitali Yankov, 88), 11. İon Ursu, 9. Aleksandru Muzikiuç (18. Vadim Kaluqer, 73)

Ehtiyatda qalanlar: 1. Vladimir Horosilov, 5. Aleksandr Qridasov, 2. Kornel Şiopu

Baş məşqçi: Dan Oprea

Azərbaycan: 1. Eyyub Əliyev, 6. Fuad Bayramov (3. Azər Salahlı, 45), 5. Samir Yusifov, 4. Sadiq Quliyev, 17. Şamil Camaləddinov (20. Həsən Dəmir, 46), 8. Kamal Mirzəyev (7. Raul Yaqubzadə, 80), 19. Bayram Budaqov, 10. Elşən Abdullayev (18. Coşqun Diniyev, 83), 14. Taşkın İlter, 11. Eldar Cankişiyev, 16. Ruslan Nəsirli (9. Orxan Əliyev, 46)

Ehtiyatda qalanlar: 12.Rəşad Əzizov, 15. Valeh Eyvazlı, 2. Aydın Mustafazadə

Baş məşqçi: Vəli Qasımov

Bütün xəbərlər Facebook səhifəmizdə