"Neftçi" jurnalistlər üçün avtobus ayıracaq

"Neftçi" jurnalistlər üçün avtobus ayıracaq

Avroliqanın son təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Neftçi" – APOEL (Kipr) matçından əvvəl hər 2 komandanın mətbuat konfransı və açıq məşqi keçiriləcək. Bu, komandaların avqustun 23-də üzləşəcəyi "Dalğa Arena"da olacaq.

Sabah saat 19:30-da "Neftçi"nin mətbuat konfransı, bundan 30 dəqiqə sonra məşqi keçiriləcək. Rəqib mətbuat konfransını saat 20:30-da keçirərək, yarım saat sonra məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi açıq olacaq.

Tədbiri işıqlandırmaq istəyən mətbuat nümayəndələri üçün "Neftçi" tərəfindən avtobus ayrılacaq. Avtobus sabah saat 18:00-da "Gənclik" Metrostansiyasının yaxınlığından (Bazar Store-nin qarşısı) yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə