İbrahim Karqbo Tunisə qarşı mübarizə aparacaq

İbrahim Karqbo Tunisə qarşı mübarizə aparacaq

"Bakı" futbol klubunun üzvü İbrahim Karqbo Syerra-Leone milli komandasının düşərgəsinə dəvət alıb. Siasport.az saytının məlumatına görə, İbrahim milli komandasının Tunisə qarşı keçirəcəyi rəsmi oyunda forma geyinə bilər.
Sözügedən qarşılaşma isə Afrika Millətlər Kubokunun seçmə oyunudur. Görüş 8 sentyabr 2012-ci il tarixdə Syerra-Leonenin paytaxtı Fritaunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə