U-17 latviyalı həmyaşıdlarından üstün oldu

U-17 latviyalı həmyaşıdlarından üstün oldu

Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, yığmamız latviyalı həmyaşıdları ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Yığmanın heyətində hərəyə bir topla Ülvü İbazadə və Mirkamil Haşimli fərqləniblər.

Nəzərinizə çatdıraq ki, millimiz ikinci oyununu belaruslu həmyaşıdları ilə avqustun 25-də, Bakı vaxtı ilə saat 17:30-da keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə