Qızlarımız Ukrayna yığmasını darmadağın etdilər

Qızlarımız Ukrayna yığmasını darmadağın etdilər

Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Çerniqov şəhərində yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 5:1 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Nigar Cəlilli dubl edib. Digər qolları Süsən Mənsimova, Leyla Solmaz və Maya Danqadze vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə