"Qalatasaray"ın 3 xalı əlindən alına bilər

"Qalatasaray"ın 3 xalı əlindən alına bilər

"Cim-Bom" "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəldiyi ev oyununda texniki məğlubiyyət alacağının şoku ilə yaşayır. Məsələ ondadır ki, istanbulluların matçın sonuna yaxın oyunçu əvəzləməsi zamanı legioner limitinin pozulması müzakirə obyektinə çevrilib. Belə ki, matçın 74-cü dəqiqəsində Sərcan Yıldırımla Felipe Melo, müvafiq olaraq Həmit Altıntop Yohan Elmanderlə əvəzlənib. Həmitin yerinə braziliyalı Melo girərkən, "Cim Bom" meydanda 7 legionerlə olub ki, bu da limitin pozulması deməkdir. Bu, 73-cü dəqiqə 40-cı saniyədə olub. Bundan 11 saniyə sonra isveçli Elmanderin yerini Yıldırıma verməsi ilə bağlı komanda yenidən meydanda 6 əcnəbi futbolçu ilə olub ki, bu da qaydalara uyğundur.

Ancaq "Qalatasaray"ın yol verdiyi texniki xəta, yəni əslində legionerin legionerlə əvəzlənməsinin düzgün olması ona 0:3 hesablı texniki məğlubiyyətin verilməsi ilə nəticələnə bilər. Bu, Türkiyə Futbol Federasiyasının verəcəyi qərardan sonra bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə