Malta yığma komandasının keçmiş oyunçusu Kevin Sammut danışılmış oyunlarda iştirak etdiyinə görə 10 il müddətinə diskvalifikasiya olunub. "Assoşeyted Press" agentliyi xəbər verir ki, futbolçu Avro-2008-in seçmə mərhələsi çərçivəsində Malta-Norveç oyununda şübhəli bilinir. 2007-ci ilin iyununda keçirilən görüş 4:0 noveçlilərin xeyrinə nəticələnib.

Sammut bukmekerlərə lazım olan hesabı təşkil etməkdə suçlandırılır. Futbolçunun özü hesab 0:1 olarkən meydanı tərk edib. Daha 3 qol isə oyunun sonuna yaxın vurulub.

Qərara əsasən, Sammuta futbolla bağlı hər hansı işlə məşğul olmaq yasaqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə