Gəncənin "Kəpəz" futbol klubunun baş məşqçisi Fuad İsmayılov bu gün istefa verib. Siasport.az idman portalının verdiyi məlumata görə, artıq keçmiş baş məşqçi deyib ki, bütün güc və qüvvəmi otuz ilə yaxındır Gəncə futbolunun inkişafına sərf edirəm: "Həmişə də çalışmışam ki, öz bilik və bacarığımla doğma şəhərim üçün nə isə edim. Sonuncu dəfə Kəpəzə baş məşqçi təyin olunanda da komandanı ən güclülərdən etməyə çalışırdım. Amma mən istədiyim nəticəni əldə edə bilmədiyim üçün istefa verməyi qərara aldım".
O bildirib ki, bundan sonra da Gəncə futbolunun günü-gündən inkişaf etməsi üçün çalışacaq: "Ümid edirəm ki, müxtəlif illərdə böyük məşqçilik təcrübəsi qazanmış bir mütəxəssis işsiz qalmaz. Mən yenə də böyük həvəslə şəhərimizin futbolunun yüksəlməsi üçün əlimdən gələni etməyə hazıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB