Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. İlk oyun günündə hələlik 3 qarşılaşma baş tutub. "Simurq" öz meydanında "Turan"ı darmadağın edib - 3:0. "Neftçi" - "Qəbələ" oyununda da oxşar vəziyyət yaranıb. Flaqman rəqibinin qapısından 3 cavabsız top keçirib.
Gəncədə keçirilən oyunda isə qonaq komanda sevinib. Belə ki, AZAL çətinlik çəkmədən "Kəpəz"i məğlub edib. Yalnız bir görüşdə heç-heçə qeydə alınıb. "Rəvan" - "Bakı" qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
"Simurq" - "Turan" 3:0
Z.Popoviç, 80 (1:0), Z.Popoviç, 85 (2:0), M.Bojiç, 90+2 (3:0)
"Kəpəz" - AZAL 0:2
J.Nildo, 31 (0:1), J.Nildo, 51 (0:2)
"Neftçi" - "Qəbələ" 3:0
C.İmamverdiyev, 48 (1:0), J.Vobay, 54 (2:0), C.İmamverdiyev, 89 (3:0)
"Rəvan" – "Bakı" 1:1
T.Mikayılov, 73 (1:0), U.Parks, 88 (1:1)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB