"Qarabağ" klubu "Sumqayıt"la oyuna hazırdır. Siasport.az saytının məlumatına görə, bugün sonuncu məşqini edəcək komanda "şəhərli"lərlə oyun üçün təlim-məşq toplanışına yığışıb. Əfran İsmayılov zədə səbəbindən oyunu buraxacaq. Əvəzində isə Vaqif Cavadov komadanın heyətinə dönüb.
Xatırladaq ki, "Qarabağ" ötən mövsüm bu rəqibi hər 2 oyunda məğlub edə bilməmişdi.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu avqustun 19-u saat 18:00-da Sumqayıtın mərkəzi arenasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB