"Afroto" "Qarabağ"a transfer olundu

"Afroto" "Qarabağ"a transfer olundu

"Qarabağ" klubu daha bir transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, transfer siyasətinə həssas yanaşan komanda cari mövsüm 3-cü legioner transferində də ənənəsinə sadiq qalıb. "Qarabağ" Miro Varvodiç, Riçard Almeydanın ardından daha bir istedadı sıralarına qatıb. Misirin ən istedadlı futbolçularından sayılan Mustafa Selim və ya sürətli driblinq və fantastik texnikasına görə xəyal anlamına gələn "Afroto" artıq rəsmən "Qarabağ" klubunun futbolçusu olub. Misirli futbolçu ölkəsinin ən güclü klubu sayılan "Əl-Əhli"dən gəlib. 2009-cü ildə ölkəsində keçirilən 21 yaşlıların dünya çempionatında millisinin aparıcı siması olub. "Qarabağ"ın Boludakı təlim-məşq toplanışına qatılan Mustafa "Rizespor"la keçirilən yoxlama oyununda meydana daxil olaraq, qələbə qolunu vurmuşdu. Artıq Bakıda olan Mustafayla müqavilə bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə