Ağacan Əbiyev: “Belə səviyyəsiz hakimlik olmamışdı” MÜSAHİBƏ

Ağacan Əbiyev: “Belə səviyyəsiz hakimlik olmamışdı” MÜSAHİBƏ

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevin siasport.az saytına müsahibəsi:

- Ağacan müəllim, Azərbaycan boksçularının London olimpiadasındakı çıxışları barədə fikirlərinizi öyrənmək istərdik…

- Hesab edirəm ki, Azərbaycan boksçuları olimiadada uğurlu çıxış ediblər. Bu olimpiadada ən azı iki gümüş medalımızı əlimizdən aldılar. Nə Məcidov, nə də Məmmədov yarımfinal döyüşlərini uduzmadılar. Xüsusəndə Teymur Məmmədov rəqibi uşaq kimi döyürdü və iki dəfə naqdaund vəziyyətinə salmışdı. Amma qələbəni bir xal fərqi ilə italiyalı idmaçıya verdilər. Mən bunu baş hakimin italiyalı olması ilə əlaqələndirirəm. Yəqin baş hakimə xoş gəlmək üçün səviyəsiz hakimlik ediblər. Mən hər iki boksçumuzu qalib hesab edirəm. AİBA-nın boksçularımıza göstərdiyi bu cür qərəz hələ heç bir zaman olmayıb. Heybətulla Hacıəliyevin döyüşündə də qələbəni tam əldalətsiz şəkildə rəqibə verdilər. Bu döyüşlər barədə verdiyimiz protestlərə isə AİBA fikir vermədi. Hələ indiyə qədər olimpiya oyunlarının boks yarışlarında belə səviyyəsiz hakimlik olmamışdı. Ümumiyytələ AİBA-nın olimpiya oyunları kimi yüksək səviyyəli yarışı aparmasını mən qeyri-qənaətbəxş sayıram. Bütün bunlara baxmayaraq, boksçularımızı sıxışdırmalarına rəğmən onlar iki medal qazandılar.

- Olimpiadada sizinlə bağlı yaranmış qalmaqalın səbəbləri nə idi?

- Hakimlər komissiyasının üzvləri yarışlardan öncə deklorasiya yazırlar ki, yarış dövründə öz idmançıları və nümayəndə heyətləri ilə görüşə bilməzlər. İlk gündən arxamca bir adam təyin etmişdilər ki, məni güdsün. O, polis deyildi, AİBA-nın nümayəndəsi idi. Həm də həmin şəxş italyan qadın idi. Mən hara gedirdimsə o da orda olurdu. Bu, təsadüf ola bilməzdi. Bunlar hamısı əvvəlcədən hazırlanmış bir prosses idi. Mən AİBA-nın qarmaqarışıq işlərini görürdüm, kompüterdə olan bütün fırıldaqlardan da xəbərim var idi. Bir - iki dəfə də öz fikirlərimi bidirdim ki, burda təmiz yolla qərar verilmir. Vurulmayan zərbələri də hesaba alır, döyüşün sonunda tam əks nəticə göstərirdilər. Onlara mənim baş hakimlər komissiyasında olmağım sərf etmədi.

Dedilər ki, idmançımızla görüşmüşəm. Mən isə yarışlar bitdikdən sonra boksçumuza yaxınlaşıb iradımı bildirmişəm. Belə ki, idmançımızın döyüşü həmin sonuncu idi. Onun görüşü bitən kimi yarış başa çatmışdı. Hamı dağılışanda soyunub-geyinmə otağına getdim və onu tənqid etdim. Bu, cəmi beş dəqiqə çəkdi. Əgər idmançımızın döyüşü daha əvvəl olsaydı, ora getməzdim. Otaqdan çıxanda isə məni güdən qadın orada idi. Məni görəndə üzünü çevirdi. Sabah səhər gələn kimi dedilər ki, "Cənab Abıyev siz azadsınız". Bildirdilər ki, idmançımız və məşqçimizlə görüşmüşəm, buna görə protest verilib. Bu protestin səbəbini mənim boynuma qoydular. Bunların hamısı mənim ədalətsizliklərə qarşı çıxmağımdan irəli gəlir. Onlar həddlərini o qədər aşmışdılar ki, danışmamaq mümkün deyil. Məni uzaqlaşdırmaq üçün bir bəhanə lazım idi. Hazırda AİBA-da heç bir dotluq, mehribançılıq və sağlam mühit yoxdur.

- AİBA-nın əməkdaşlarının ədalətsizlik etdiyini sübut etmək üçün hər hansı bir addım atacaqsınızmı?

- Mən onlara sənədlə göstərəcəm ki, AİBA-nı dağıdırlar. Onların işi ancaq marketinq və biznesdir. Qurum iki dəstəyə bölünüb. Nə qədər ki, möhür əllərindədir belə artıq-əskik danışanlarla vidalaşacaqlar. Onlar təcrübəsi onlan insanların hamısını qurumdan uzaqlaşdırırlar. Bir sözlə, AİBA-dakı abu-hava idmandan xəbər vermir. Mən gördüklərimi, orda dediklərimi yazılı şəkildə qəzetlər, jurnallar və internetdə yayımlayacam. Onlar olimpiya boksunu məhv etmək, peşəkar boksla əvəzləmək istəyirlər. Beynəlxalq Olimpiya Komitəsi isə peşəkar boksu olimpia oyunlarına buraxa bilməz. Buna icazəsi yoxdur.

Beynəlxalq İdman Məhkəməsinə verilsə, boks üzrə bu olimpiya oyunlarındakı bütün nəticələr ləğv olunmalıdır. AİBA-nın qaydasına görə, bütün xal hesabları pozulub. Kompüterdəki xalların heç biri düzgün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə