"Oyun bizim üçün çox çətin keçəcək"

"Oyun bizim üçün çox çətin keçəcək"

"Sumqayıt" klubu "Qarabağ"la oyuna hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, müdafiəçi Slavik Alxasov Ağdam klubu ilə oyun barəsində fikirlərini bildirib: "Komandada əhval-ruhiyyə yüksəkdir. Tam gücümüzlə məşqlərimizi davam etdiririk. Uşaqlar yalnız "Qarabağ"la oyun haqqında düşünürlər. Unutmayaq ki, rəqibimiz Premyer Liqanın qalibi olmağa ən real namizədlərdən biridir. Oyun bizim üçün çox çətin keçəcək. "Qarabağ" açıq-aşkar cütün fovaritidir. Lakin biz də oyuna məğlub olmağa çıxmırıq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda azarkeşlərimizin dəstəyi ilə uğurlu nəticə qazana bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə