Erdal Çelik “Sumqayıt”la müqavilə imzaladı

Erdal Çelik “Sumqayıt”la müqavilə imzaladı

Premyer Liqanın III turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək "Sumqayıt" klubu növbəti transferini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, 1988-ci il təvəllüdlü əslən azərbaycanlı olan Erdal Çelik komanda ilə 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Karyerasına 2007-ci ildə "Alemannia Aachen" klubunda başlamış adıçəkilən futbolçu 2008-2011-ci illər ərzidə Leverkuzenin "Bayer" klubunda çıxış edib. Erdal adıçəkilən klubun II komandasında 31 qarşılaşmada forma geyinib. Mərkəz müdafiəçi mövqeyində çıxış edəcək futbolçu "Rot Weiss Ahlen"də 14 qarşılaşmada 1 qola imza atıb. Erdal son olaraq ötən mövsüm "Bucaspor"un formasını geyinib (8 oyun).

Bütün xəbərlər Facebook səhifəmizdə