Ağacan Əbiyev: “Məni AİBA-nın bir italyan qadın nümayəndəsi güdürdü”
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev London olimpiadasında baş verənlər barədə açıqlama verib. Siasport.az saytına eksklüziv açıqlama verən vitse-prezident XXX Yay Olimpiya Oyunlarında boks yarışlarının çox aşağı səviyyədə idarə olunduğunu bildirib. O, hakimlərin qərəzli qərarlar verdiklərini və buna etiraz etdiyini qeyd edib. A.Əbiyev elə bu səbəbdən də qəsdən bəhanə ilə baş hakimlər komissiyasından çıxarıldığını qeyd edib: "Hakimlər komissiyasının üzvləri yarışlardan öncə deklarasiya yazır ki, öz idmançıları və nümayəndə heyətləri ilə görüşmək olmaz. Məni AİBA-nın bir italyan qadın nümayəndəsi güdürdü. Hara gedirdimsə, o da orda idi. Bu, təsadüf ola bilməz. Bizim idmançımız günün sonuncu döyüşünə çıxmışdı. Həmin gün yarışlar bitdikdən sonra soyunub-geyinmə otağına getdim və cəmi 5 dəqiqə idmançımıza iradlarımı bildirdim. Otaqdan çıxanda həmin italyan qızın orda olduğunu gördüm və o, məni görəndə üzünü çevirdi. Sabah isə mənə məlumat verdilər ki, qaydaları pozduğuma görə protest yazılıb və hakimlər komissiyasından uzaqlaşdırılmışam. Bu isə ona görə idi ki, mən hakimlərin idmançılara etdiyi ədalətsizliklərə göz yummurdum və iradlarını deyirdim. Onlara mənim baş hakimlər komissiyasında olmağım sərf eləmirdi".
Qeyd edək ki, Ağacan Əbiyevin tam müsahibəsini sizlərə yazılı və videoyazı şəklində təqdim edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB