“Azəryolservis” iki yerli voleybolçu ilə müqavilə imzaladı

“Azəryolservis” iki yerli voleybolçu ilə müqavilə imzaladı

Bakının qadınlardan ibarət "Azəryolservis" voleybol komandası növbəti transferlərini rəsmiləşdirib. Siasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının bazasına çevrilən Bakı təmsilçisi daha iki yerli voleybolçu ilə müqavilə imzalayıb. Bunlar ötən ildə də "Azəryolservis"in uğurları üçün çalışmış Aynur Kərimova və Oksana Kiselyovadır. Onların hər ikisi ilə daha birillik razılıq əldə olunub.
Qeyd edək ki, Super Liqada ikinci mövsümünü keçirəcək "Azəryolservis" daha əvvəl Odina Əliyeva, Yelena Parxomenko, Anastasiya Qurbanova (hər üçü Azərbaycan), Vendula Adlerova (Çexiya) və Tamas Cenefferlə (ABŞ) müqavilə bağlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə