"Qarabağ" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, artıq 3 gündür III turun görüşünə milli oyunlar səbəbindən tam heyətlə hazırlaşa bilməyən komanda bu gündən milli futbolçularına qovuşur. Əsas milliyə göndərilən 5 futbolçu ilə yanaşı, 4 futbolçu U-21-in heyətində Estoniya yığmasına qarşı çıxış edib. Albaniya - Moldova (0:0) görüşündə meydana çıxan Ansi Aqolli isə sabah məşqə çıxa biləcək. 9 yerli milli futbolçu bu axşam Suraxanı qəsəbə stadionunda 18:30-da baş tutacaq çalışmaya qoşulacaq. Zədə səbəbindən millinin oyununu buraxan Əfran İsmayılov fizioterapevt Murat Şahinoğlunun nəzarətində xüsusi proqramla çalışır.
Xatırladaq ki, "Sumqayıt" - "Qarabağ" oyunu avqustun 19-da Sumqayıtın mərkəzi arenasında saat 18:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB