"Qəbələ"nin futbolçuları qələbə ilə qayıdırlar

"Qəbələ"nin futbolçuları qələbə ilə qayıdırlar

"Qəbələ"nin 6 futbolçusunun milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarına dəvət aldığı barədə xəbər vermişdik. Sevindirici haldır ki, 6 futbolçunun təmsil olunduğu 4 yığma keçirdiyi oyunları qələbə ilə yekunlaşdırıb. Siasport.az saytının məlumatına görə, Aleksandr Çertoqanov, Vurğun Hüseynov və Anar Nəzirovun çağırıldığı Azərbaycan yığması Bəhreyni 3:0, Omar Kalabanenin şərəfini qoruduğu Qvineya millisi Mərakeşi 2:1, Deyan Kelharın dəvət aldığı Sloveniya yığması Rumıniyanı 4:3, Urfan Abbasovun çıxış etdiyi Azərbaycan U-21 komandası estoniyalı həmyaşıdlarını 2:0 hesabı ilə məğlub edib. Futbolçulardan ən ağır məsuliyyət isə Omar Kalabanenin çiyninə düşüb. Kapitan kimi Qvineya millisinə liderlik edən müdafiəçi komandasının qələbəsində böyük pay sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə