"Xəzər Lənkəran”da 148-ci futbolçu STATİSTİKA

"Xəzər Lənkəran”da 148-ci futbolçu STATİSTİKA

Daha bir futbolçu "Xəzər Lənkəran" klubunun heyətində debüt edib. Siasport.az saytının məlumatına görə, bu, Kamran Abdullazadədir. Gənc futbolçu komandanın heyətində ilk rəsmi matçını Azərbaycan Premyer Liqasının II turunda keçirib. Kamran "Kəpəz"lə ev oyununun 2-ci hissəsində meydana çıxmaqla debütünü rəsmiləşdirib.

Bununla da "Xəzər Lənkəran"ın 8 illik tarixi ərzində ağ-yaşıl forma geyən futbolçuların ümumi sayı 148-ə çatıb. Belə ki, Gəncə təmsilçisi ilə qarşılaşmayadək buna 147 oyunçu nail olmuşdu. Bunlardan 89-u legioner, 58-i yerli futbolçu idi. Kamran bu siyahıda 59-cu azərbaycanlı oldu.

Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 3 futbolçu "Xəzər Lənkəran"da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasına, Orxan Sadıqlı ilə Ağabala Ramazanovun ilk oyunu isə Premyer Liqanın ilk turuna təsadüf etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə