"Bakı" yeni futbolçusunu tədim etdi VİDEO

"Bakı" yeni futbolçusunu tədim etdi VİDEO

"Bakı" klubu yeni futbolçusunu ictimaiyyətə təqdim edib. Siasport.az saytının məlumatına görə, Çuço ləqəbli futbolçu 1984-cü il yanvarın 6-da Kordobada (Argentina) anadan olub. 2005-ci ildə peşəkar futbolda ilk qədəmlərini atan Beçerra Meksikanın "Merida" FC klubunda çıxış edib. O, 2006-cı ildə ABŞ-ın "DC United" klubna transfer olunub.

Beçerra növbəti 5 il ərzində Argentina klublarının şərəfini qoruyub. "Atletico Rafaelo" (2006-07), "Tiro Federal" (2007-08), "Belgrano de Cordoba" (2008-09), "San Martín de San Juan" (2009-10), "Atlético Tucumán" (2010-11) klublarında for geyinən futbolçu 2011-ci ildə Avropaya üz tutub. Beçerra Yunanıstan yüksək liqa təmsilçisi "PAS Ciannina"nın (PAS Giannina) heyətinə dəvət olunub.

Hücumameyyli yarımmüdafiəçi, əsasən, meydanın sol cinahında inamlı təsir bağışlayır. Boyu 175 sm, çəkisi 69 kq-dır. Son mövsüm "PAS Ciannina"nın heyətində Yunanıstan yüksək liqasında çıxış edən Beçerra 7 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə