Bernhard Lippert: "Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdır"

Bernhard Lippert: "Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdır"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında bu gün keçirilmiş yoldaşlıq matçından sonra hər iki komandanın baş məşqçisi oyun barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert hesabın daha böyük ola biləcəyini qeyd edib, rəqib komandanın baş məşqçisi Frank Bernhard isə bu fikrin düzgün olduğunu etiraf edib:

Bernhard Lippert (Azərbaycan U-21 yığmasının baş məşqçisi): "İlk hissədən qətiyyən razı qalmadım. Futbolçular ancaq top ötürməklə məşğul olduqlarından rəqibə çətin anlar yaşatmırdılar. Ancaq ikinci hissədə aqressiv və sürətli futbol oynadıq. Bir neçə qol imkanı yaratdıq. Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdır".

Frank Bernhard (Estoniya U-21 yığmasının baş məşqçisi): "Bizim hücumlarımız cərimə meydançasına qədər davam edirdi. İlk hissədə fərqlənmək imkanlarımız oldu, ancaq onlardan istifadə edə bilmədik. İkinci hissədə müdafiədə boşluqlar buraxıb hücuma atıldıq. Azərbaycan yığması da bundan istifadə edib iki qol vurdu. Hərçənd hesab daha böyük ola bilərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə