Darmadağın olmuş rəqibin baş məşqçisi oyundan razı qaldı

Darmadağın olmuş rəqibin baş məşqçisi oyundan razı qaldı

Azərbaycan - Bəhreyn oyunundan sonra Bəhreyn yığmasının baş məşqçisi Piter Teylor matçın gedişatından danışıb. Siasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə məğlub olmuş komandanın baş məşqçisi qarşılaşmadan razı qaldığını deyib: "Ümumilikdə, oyundan razı qaldım. Müdafiə xəttinin kobud səhvindən sonra 2 qol buraxdıq. Qapıçımız penaltini dəf etsə də, künc zərbəsindən sonra səhvə yol verdi. Bəzi oyunçuların oruc tutmasını və havanın isti olmasını nəzərə alsaq, komandadan razıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə