İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilmiş Azərbaycan - Bəhreyn oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts qarşılaşma barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi futbolçulardan razı qaldığını qeyd edib: "İlk növbədə, belə isti havada komandamıza dəstək verdikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Oyuna gəlincə, komandadan razı qaldım. Rəqibə şans vermədik. Bununla belə, müdafiədə bəzi səhvlər buraxdıq. Dünya çempionatının seçmə mərhələsində - İsrail yığması ilə oyunda belə səhvlərə yol verməməliyik. Müdafiədən hücuma keçən zaman çatışmazlıqlar vardı. Bunun üzərində işləməliyik".
Xatırladaq ki, oyunda millimiz 3:0 hesabı ilə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB