Bu gün milli komandamız növbəti yoldaşlıq oyununu keçirib. SİA-nın verdiyi xəbərə görə, seçmə mərhələ öncəsi son sınaq matçında rəqib Bəhreyn yığması olub. Qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. Matçı gürcüstanlı FİFA referisi Georgi Vadaçkoria idarə edib.
DÇ-2014-ün seçmə mərhələsi ərəfəsində son yoxlama matçında qüvvəsini sınayan yığmamız Asiya təmsilçisini Bakıya gəlməyə peşman edib. Rəqibin qapısına 3 cavabsız qol vuran millimiz 3 oyunluq qol həsrətinə darmadağınla son qoyub.
Hələ hesab açılmamış Sadıqovun qaçırdığı penalti dəqiq olsaydı, nəticə ərəblər üçün daha acınacaqlı ola bilərdi. Bununla, yığmamızın Bakıdakı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı ilk matç uğurlu alınıb.
AZƏRBAYCAN - BƏHREYN - 3:0
QOLLAR: Branimir Subaşiç, 35; Cihan Özkara, 59; Cavid Hüseynov, 79
Rəşad Sadıqov 34-cü dəqiqədə penaltini vura bilməyib
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
34-cü dəqiqədə Rəşad Sadıqov penaltidən yararlana bilməyib.
AZƏRBAYCAN: Kamran Ağayev, Elnur Allahverdiyev, Branimir Subaşiç (Vaqif Cavadov, 82), Rauf Əliyev (Cihan Özkara, 46), Rəşad Sadıqov (k), Ruslan Abışov (Aleksandr Çertoqanov, 76), Vüqar Nadirov (Rizvan Umarov, 72), Maksim Medvedyev, Rahid Əmirquliyev (Ufuk Budaq, 46), Cavid Hüseynov, Əli Gökdəmir
BƏHREYN: Əhməd Abbas, İsa Salman, Yusif Abdulla, Duaij Məhəmməd, Abdülhəmid Saleh, Saad Davud, Əli Abdülvəhab, Abdülrəhman Mahmud, Xəlil Rəşid, Yusuf Fahad, İsmayıl Abdulla
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB