Emin Kürdov: “Əsas məsələ öyrəndiklərini qorxmadan meydanda tətbiq etməkdir”

Emin Kürdov: “Əsas məsələ öyrəndiklərini qorxmadan meydanda tətbiq etməkdir”

Azərbaycanın çimərlik futbolu üzrə yığmasının heyət üzvləri Emin Kürdov və Elvin Quliyev "İRƏLİ" "Yeni Media Akademiya" layihəsinin iştirakçılarının qonağı olublar. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, futbolçular ilk olaraq çimərlik futbolu haqqında məlumat veriblər: "Azərbaycan Çimərlik Futbol Federasiyası 2003-cü ildə yaradılıb. Bu futbol növünün öz çətinlikləri, böyük futbol kimi ciddi qaydaları var. Yaxşı məşq etmək olar, amma, əsas məsələ öyrəndiklərini qorxmadan meydanda tətbiq etmək və əsas məsuliyyətli olmaqdır".

Futboldakı uğurlarından bəhs edən qonaqlar milli komandanın Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş beynəlxalq turnirdə qalib olduğunu bildiriblər. Məhz, bu turnirdə Emin Kürdov təşkilatçılar tərəfindən ən yaxşı qapıçı, həmçinin onunla birlikdə Elvin Quliyev ilin ən yaxşı oyunçuları seçiliblər.

Eyni zamanda qeyd olunub ki, Azərbaycanın çimərlik futbolu yığması Almaniyanın paytaxtı Berlində Yunanıstanı 6:3 hesabı ilə məğlub edib və komandanın çıxış etdiyi "B" divizionunda 2-ci yeri tutub.

Futbolçular bildiriblər ki, digər xarici ölkələrin futbol klublarından onlara təkliflər olub, lakin milli yığmada qalmaqlarını daha üstün tutdublar.

İştirakçıların sualları ilə davam edən görüşdə, futbolçular gənc jurnalislərə uğurlar arzu edib və əlavə ediblər ki, bu futbol növünün təbliğində, komandanın uğurlarının çatdırılmasında jurnalistlərin əməyi böyükdür.

Görüşün sonunda xatirə şəkli çəkdirilib və iştirakçılar futbolçulardan imza alıblar.

Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə