Firdovsi Umudov: “Sübut etdik ki, Azərbaycan dövləti, xalqı güclüdür”
"Pekindəki olimpiadada güləşçilərimiz qızıl medal qazana bilməmişdilər. Biz çalışırdıq ki, Londonda uğurlu nəticələr qazanaq, xalqımızı sevindirək". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov deyib. O, idmançılarımzın olimpiya oyunlarında əzmkar mübarizə apardıqlarını bildirib: "Bu olimpiadada güləşçilərimiz böyük əzmkarlıq göstərdilər. Bu uğurlar Dövlət Başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi dəstək və qayğının nəticəsidir. Bu qələbələri xalqımızın qələbəsi hesab edirəm. Daha da böyük uğurlara imza atmağa çalışacağıq. Bizi qarşıda Rio-de-Janeyroda Olimpiya Oyunları gözləyir. Çalışacağıq ki, idmançılarımız bu qələbəni unudub, yeni qələbələr qazansınlar. London Olimpiadasında sübut etdik ki, Azərbaycan dövləti, xalqı güclüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB