Məhəmməd Əliömərov: “Azərbaycanda idman daha da yüksəklərə qalxacaq”

Məhəmməd Əliömərov: “Azərbaycanda idman daha da yüksəklərə qalxacaq”

"Siz indi hava limanında Azərbaycanın qəhrəmanlarını qarşılayırsınız". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Məhəmməd Əliömərov deyib. O, idmançılarımızın qazandıqları uğurları yüksək qiymətləndirib. Vitse-prezident güləşçilərimizin 7 medal qazanmasının çox böyük nailiyyət olduğunu vurğulayıb. M.Əliömərov bu uğurların qazanılması üçün Azərbaycanda idmançılara hər cür şəraitin yaradıldığını qeyd edib. O, idmançılarımızı azarkeşlərin möhtəşəm dəstəklədiklərini deyib və onlara təşəkkürünü bildirib: "Burada bu cür azarkeşlər, dəstəkçilər, yüksək səviyyəli qayğı varsa, Azərbaycanda idman daha da yüksəklərə qalxacaq və daha inkişaf edəcək. Bizim yeni medalçılarmız, yeni çempionlarımız olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə