Əjdər Cəfərov: “Himnimizin bir gündə iki dəfə səslənməsi çox böyük uğurdur”
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov olimpiadada qazanılan uğurlarla bağlı jurnalistlərə açıqlama verib. Siasport.az saytının məlumatına görə, o bu nailiyyətin tarixi bir hadisə olduğunu bildirib: "Azərbaycan güləşçiləri tarixi nailiyyət əldə ediblər. Pəhləvanlarımız 7 medal qazanıblar. Bu, bütün Azərbaycan xalqının qələbəsidir. Xalqımızı təbrik edirəm. Himnimizin olimpiya oyunlarında bir gündə iki dəfə səslənməsi çox böyük sevincdir. Ümid edirəm ki, qələbələrin davamı gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB