Yuliya Ratkeviç: “Qalib gəldikcə, başa düşdüm ki, bürünc medal qazana bilərəm”

Yuliya Ratkeviç: “Qalib gəldikcə, başa düşdüm ki, bürünc medal qazana bilərəm”

"Əvvəl inanmırdım ki, bürünc medal qazanacam. Sonra görüşlərdə mərhələ-mərhələ rəqiblərə qəlib gəldikcə, başa düşdüm ki, bürünc medal qazana bilərəm". Siasport.az saytının məlumatına görə, bu sözləri qadın güləşçimiz, Olimpiya Oyunlarının bürünc medalçısı Yuliya Ratkeviç deyib. O, məğlub olanda ruhdan düşmədiyini, bürünc medal uğrunda həvəslə mübarizə apardığını qeyd edib: "Ruhdan düşmədim, əksinə özümə daha çox inandım və irəlilədim. Ən çətin görüşüm rusiyalı güləşçi ilə oldu. Hələ karyeramı davam etdirməyi planlaşdırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə