Toğrul Əsgərov: "İndi olimpiya çempionu olduğumu daha çox dərk edirəm"
"Olimpiya və Avrpoa çempionu olmuşam. Çalışacam ki, böyüklər arasında dünya çempionu da olum". Siasport.az saytının məlumatına görə, bu sözləri sərbəst güləş üzrə olimpiya çempionumuz Toğrul Əsgərov deyib. O, növbəti olimpiadada da çempion olmağa çalışacağını qeyd edib. T.Əsgərov London Olimpia Oyunlarında qızıl medal qazanmağının sevincini daha çox Bakıya çatanda yaşadığını bildirib: "İnanın ki, mən Bakıya gəldim, sizi gördüm, indi olimpiya çempionu olduğumu, qazandığım uğuru daha çox dərk edirəm. Məşqlərimi daha da gücləndirəcəm və uğurlarımı davam etdirməyə çalışacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB