Mariya Stadnik: “Azarkeşlərin inamı mənim üçün çox böyük sevincdir”

Mariya Stadnik: “Azarkeşlərin inamı mənim üçün çox böyük sevincdir”

"Finalda məğlub olmağımı artıq unutmuşam. Mən olimpiadanın gümüş medalını qazanmışam". Siasport.az saytının məlumatına görə, bu sözləri olimpiya oyunlarının gümüş medalçısı, Azərbaycanın qadın pəhləvanı Mariya Stadnik deyib. Güləşçi olimpiya medalını qazanmaq üçün yüksək səviyyəli hazırlıq keçdiyini qeyd edib. O, azarkeşlərə minnətdarlığını bildirib: "Məni dəstəkləyənlərə və inanlara təşəkkür edirəm. Azarkeşlərin inamı mənim üçün çox böyük sevincdir".

Bütün xəbərlər Facebook səhifəmizdə