Berti Foqts: "Hava şəraiti çətinlik yaradır"

Berti Foqts: "Hava şəraiti çətinlik yaradır"

"Sheraton Baku Airport Hotel"də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, B.Foqts avqustun 15-də millimizin Bəhreyn yığması ilə keçirəcəyi yoldaşlıq oyununa hazırlıqla bağlı fikirlərini bildirib: "Hazırlıq haqda nəsə demək çətindir. Bu, rəsmi oyun öncəsi son sınaqdır. Biz çox şadıq ki, belə bir fürsət ələ düşüb. Bəhreyn və İsrail yığmaları səviyyəcə eyni olmasa da, bu oyunun keçirilməsi yaxşıdır. Məşq prosesindən razı qaldım. Hava şəraiti çətinlik yaradır. Çünki çox istidir.

Bu heyətlə və bizə qoşulacaq daha bir neçə futbolçu ilə İsrail və Portuqaliya yığmalarına qarşı matçlarda oynayacağıq.

Yaxşı hazırlıq keçmişik və oyunu həvəslə gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə