Olimpiyaçılarımız Vətəvə qayıtdılar

Olimpiyaçılarımız Vətəvə qayıtdılar

XXX Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar. Siasport.az saytının məlumatına görə, olimpiyaçıları Heydər Əliyev adına Beynəlxalq hava limanında ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri və jurnalistlər böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılayıblar. İdmançılar hava limanından birbaşa şəhərin mərkəzinə gələrək, burada ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qeyd edək ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanıblar. Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl, yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq), sərbəst güləşçi Xetaq Qazyumov (96 kq), qadın güləşçi Yuliya Ratkeviç (55 kq), boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və ağır atlet Valentin Xristov (56 kq) bürünc medala layiq görülüblər. Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə