İntizam Komitəsi qərarlarını açıqladı

İntizam Komitəsi qərarlarını açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

10 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının II turunun "Bakı" – "Simurq" matçında qapı torunda problem olduğuna görə matç 7 dəqiqə gec başladığı üçün meydan sahibi klub 3000 manat cərimə olunur (maddə 53).

11 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının II turunun AZAL – "Rəvan" matçında AZAL klubunun 4, "Rəvan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).

11 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının II turunun "Turan" – "Sumqayıt" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 28-ci dəqiqəsində "Sumqayıt" klubunun 76 №-li futbolçusu Uğur Pamuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

10 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun AZAL – "Rəvan" matçının 84-cü dəqiqəsində "Rəvan" klubunun 17 №-li futbolçusu Muxtar İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня