Premyer Liqanın II turu çərçivəsində səfərdə "Turan" üzərində qələbə qazanan (1:0) "Sumqayıt" klubu bir günlük istirahətin ardından yenidən məşqlərə başlayıb. Siasport.az saytının məlumatına görə, Bernhard Raabın yetirmələri səhər saatlarında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıblar. Zədəli olduğu üçün Tovuza yollanmayan Sabir Allahquliyev artıq komanda ilə birlikdə hazırlığa başlayıb. Yüngül zədəsi olan Uğur Pamuk isə fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Ruslan Qurbanov A millinin heyətində, Səlahət Ağayev və Murad Ağayev isə U-21-in düşərgəsində olduqlarından məşqlərə nisbətən gec qoşulacaqlar.
"Sumqayıt" FK saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda növbəti məşqinə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB