"Xəzər Lənkəran" braziliyalı hücumçu transfer etmək istəyir

"Xəzər Lənkəran" braziliyalı hücumçu transfer etmək istəyir

"Xəzər Lənkran" daha bir futbolçu transfer edə bilər. Siasport.az saytının məlumatına görə, cənub təmsilçisi braziliyalı hücumçu Beto ilə maraqlanır. Məlumatlara görə, klub rəsmiləri futbolçuya birbaşa müqavilə təklif edib. Onun yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, futbolçunun tam adı Andre Roberto Suares da Silvadır. O, 25 oktyabr 1981-ci ildə Braziliyanın Santa Katarina ştatının San Karlos şəhərində doğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə