Qurban Qurbanov-200

Futbol üzrə Azərbaycan Premyer Liqasının arxada qalan II turu və qarşıdan gələn növbəti turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdardır. Siasport.az saytının məlumatına görə, "Qarabağ"ın "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Qara Qarayevin vurduğu qol Q.Qurbanovun Premyer Liqa oyunlarında sevindiyi 200-cü qol olub. Bu da, məhz baş məşqçi karyerasını başladığı "Neftçi" ilə oyuna təsadüf edib.

Üçüncü turun "Sumqayıt"la oyunu isə Q.Qurbanovun baş məşqçi karyerasında 200-cü matç olacaq. Mütəxəssis indiyədək çalışdırdığı "Neftçi" və "Qarabağ"ı daxili yarışlarda və qitə kuboklarında 199 görüşə çıxardıb.

Bütün xəbərlər Facebook səhifəmizdə