1223 gündən sonra STATİSTİKA

Premyer Liqanın II turunda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" ölkə çempionatlarındakı ev matçlarında ardıcıl 2-ci böyükhesablı qələbəsini qazandı. Ötən mövsümə "Qarabağ" üzərindəki 4:1 hesablı qələbə ilə yekun vuran Yunis Hüseynovun yetirmələri yenə 4 qol vurmaqla bunu bacardı.

Siasport.az saytının məlumatına, bu, "Xəzər Lənkəran"ın tarixində 49-cu belə qələbəsidir. Ölkə çempionatında 37-ci fərqli qələbəyə sevinən cənub təmsilçisi kubokda 11, "Birlik kuboku"nda 1 dəfə böyükhesablı qələbə qazanıb.

Ümumilikdə isə tarixində 22-ci dəfə 4 və daha çox fərqlə qalib gələn "Xəəzər Lənkəran" 1223 gün idi ki, belə zəfər çalmırdı. Buna sonunсu dəfə 2009-cu il aprelin 5-də təsadüf olunub. Həmin vaxt "Standard" Lənkərandan 0:4 hesablı yenilgi ilə ayrılıb. 2008/09 mövsümündəki həmin qələbədən sonra 3 top fərqinə dəfələrlə nail olunsa da, belə darmadağın qeydə alınmırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə