2012-ci il London olimpiadasının gedişi zamanı Afrikanın bir sıra ölkəsinin idmançıları yoxa çıxıblar. Siasport.az saytının məlumatına görə, Konqo Demokratik Respublikasının cüdo üzrə idmançısı rusiyalı həmkarı ilə görüşündən sonra görünməyib, hətta onun əl telefonuna edilən zənglərə belə cavab verilməyib. Ölkənin cüdo, boks və atletika üzrə məşqçiləri də yoxa çıxıblar. Onların dördü də öz yükləri ilə bərabər olimpiada kəndini oyunların sonuna bir gün qalmış tərk ediblər.
Britaniya tərəfi qeyb olan idmançlar barədə məlumat verməkdən boyun qaçırıb.
Olimpiada rəsmiləri Afrika qitəsinin digər ölkəsinin - Kamerunun beş boksçusunun, bir üzgüçüsünün və bir futbolçusunun da yox olduğunu bəyan ediblər.
Kamerun hökuməti olimpiada təşkilat komitəsindən iqtisadi səbəblərə görə Avropada qalmağı qərara alan idmançılarının tapılmasında köməklik göstərməyi xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB