Ali Dürst "Fənərbaxça"ya sataşdı...

Ali Dürst "Fənərbaxça"ya sataşdı...

İstanbulun "Qalatasaray" futbol klubunun vitse prezidenti Ali Dürüst, əzəli rəqibləri olan "Fənərbaxça"nı qıcıqlandıran açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, A.Dürüst "Fotomaç" idman saytına açıqlamasında bildirib ki, Kuboku qaranlıq stadionda deyil, işıqlı meydanda, on minlərlə azarkeş qarşısında başı üzərinə qaldırmaq başqa hissdir: "Çempion olduğumuz gecə Kuboku isıqları söndürülmüş stadionda, həttda lampa işığında başımız üzərinə qaldırmışdıq. Dünən axşam isə şükür ki, bu belə olmadı. İşıqlı stadionda Kubok həyacanının başqa yer var".-deyə A.dürüst fikrini tamamlayıb.

Xatırladaq ki, "Qalatasaray" məhz "Şükrü Saracoğlu" stadionunda "Fənərbaxça" ilə keçirilən qarşılaşmada çempionluğunu elan etmişdi. Lakin həmin gecə stadionda işıqların qəsdən söndürülməsi üzündən "Qalatasaray" çempionluq Kubokunu qaranlıqda başı üzərinə qaldırmış oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə