Makedoniya millisinin baş məşqçisi qovuldu!

Makedoniya millisinin baş məşqçisi qovuldu!

Futbol üzrə Makedoniya millisinin baş məşqçisi vəzifəsindən qovulub. Siasport.az saytı xəbər verir ki, Makedoniya Futbol Federasiyasının (MFF) rəsmi saytı bu barədə məlumat yayıb. Məlumata əsasən, Jon Benjamin Tosack, MFF prezidentinin şərtini qəbul etmədiyi üçün vəzifəsi ilə vidalaşıb. MFF prezidenti ondan Makedoniyaya köçməsini və millidə səmərəli fəaliyyət göstərməsini tələb edib. Lakin İspaniyada yaşayan futbol mütəxəssisi, Makedoniyaya köçmək barədəki təklifi rədd edib. Bundan sonra isə, MFF rəhbərliyi təcrübəli mütəxəssislə işləyə bilməyəcəklərini yəqin edərək, baş məşqçi ilə yolları ayırmaq barədə qərar qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə