Bahodir Nasimov qayıtdı

"Neftçi" PFK-nın özbəkistanlı hücumçusu Bahodir Nasimov Azərbaycana qayıdıb. Siasport.az saytının məlumatına görə, öz vətənində müalicə keçmiş futbolçu təkrar müayinə olunduqdan sonra fərdi qaydada məşqlərə başlayacaq. Bahodir Nasimov tezliklə meydana çıxmaq istədiyini deyib: "Ayağımdan aldığım zədə səbəbindən vacib oyunlarda komandama kömək edə bilmədim. Amma futbolda heç kim zədədən sığortalanmayıb. Müalicəm demək olar ki, yekunlaşır. Fərdi məşqlərə başlayacam. Çalışacam ki, bərpa müddətini tez bir zamanda keçərək komanda ilə hazırlığa qoşulum".

Bütün xəbərlər Facebook səhifəmizdə