İstanbulun "Qalatasaray" futbol klubunda transferə çıxarılması gözlənilən Milan Baroş, "Beşiktaş" futbol klubuna transfer oluna bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazılar dərc etməyə başlayıb. Baş məşqçi Fatih Terimin komandanın heyətində görmək istəmədiyi çexiyalı futbolçu, artıq özünə yeni komanda axtarmağa başlayıb. Türkiyə mətbuatı yazır ki, çexiyalı forvardı "Beşiktaş" futbol klubu öz heyətində görmək istəyir. Baş məşqçi Səməd Aybabanın klub rəhbərliyinə bu abrədə müracicət etdiyi də verilən xəbərlər arasındadır. xatırladaq ki, "Qalatasaray"ın çexiyalı forvardına Səudiyyə Ərəbistanı və Rusiya klubları da maraq göstərirlər. Lakin onun "Beşiktaş"da oynamağa daha müsbət yanaşdığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB