Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparacaq təmsilçimiz "Araz" klubunun son rəqibi də müəyyənləşib. Siasport.az saytının məlumatına görə, bu, ilkin seçmə mərhələnin C qrupunda birinci yeri tutmuş İrlandiyanın EID Futsal komandasıdır.
Xatırladaq ki, bu il iyulun 4-də İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində "Araz"ın futzal üzrə UEFA kubokunun əsas mərhələsinin 6-cı qrupunda çıxış edəcəyi müəyyənləşmişdi. Beləliklə, 6-cı qrupda "Araz" Hollandiyanın "Endhoven", Macarıstanın "Györ" və İrlandiyanın EID Futsal klubları ilə mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB